
Hindistanın Maharastra əyalətində Dehradun ekspres qatarında meydana gələn yanğında biri qadın olmaqla 9 adam yanaraq ölüb.
Maharastra əyalətinin paytaxtı
Mumbaidən Dehradun bölgəsinə gedən qatar yerli saatla 02.30 sıralarında
Dahanu bölgəsinə gəldiyində vaqonlardan birində yanğın başlayıb.
Qatardakı sərnişinlər evakuasiya edilərkən bəzi sərnişinlər tüstü və
yanğının təsiri ilə vaqonlardan çıxa bilməyiblər.
Hindistan Dəmiryollarının Qərb bölgəsi
üzrə nümayəndəsi Şarat Çandrayan yerli bir televiziyaya verdiyi
açıqlamada yanğına nəyin səsəb olduğunun bilinmədiyini açıqlayıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında
Andhra Pradeş əyalətində meydana gələn bənzəri bir qatar yanğınında 26
nəfər, yenə eyni əyalətdə keçən il meydana gələn bir qatar yanğınında
isə 47 adam həyatını itirmişdi.
Dünyanın ən geniş dəmiryolu şəbəkələrindən birinə sahib olan Hindistanda gündə 9 min qatar təxminən 18 milyon sərnişin daşıyır.
[b][/b]
Oxunub: 907
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.