dunyatv.az
CANLI YAYIN

Türkiyə vətəndaşı Azərbaycanda adam öldürdü

8-01-2014, 11:14

Türkiyə vətəndaşı Azərbaycanda adam öldürdü

 Baba nəvəsi ilə yolu keçmək istəyərkən maşının zərbəsinə tuş gəlib[/b]


Bakı-Qazax avtomobil magistralının Goranboy rayon ərazisindən keçən yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb.

Hadisə ötən gün saat 22:00 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisində baş verib. Belə ki, Gəncə şəhərində müvəqqəti yaşayan Türkiyə vətəndaşı Sərxan Təmiz idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 73 yaşlı Dəliməmmədli şəhər sakini Vaqif Məmmədovu və onun nəvəsi 8 yaşlı Akom Azadovu vurub. Nəticədə V.Məmmədov aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerindəcə keçinib, zərər çəkən azyaşlı isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

A.Azadovun vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü piyadaları vurduqdan sonra hadisə yerindən qaçıb. Lakin çox keçməyib ki, yol polisi S.Təmizi saxlaya bilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Dunyatv.az
[/b]


Oxunub: 883

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.