dunyatv.az
CANLI YAYIN

“Sosial şəbəkələr getdikcə dəbdən düşəcək”

8-01-2014, 11:14

“Sosial şəbəkələr getdikcə dəbdən düşəcək”

 "Heç bir sosial şəbəkə ünsiyyət vasitəsini əvəz edə bilməz. Mən sosial şəbəkələrin əleyhinə deyiləm”. Bunu  psixoloq Dəyanət Rzayev  bildirdi. 

"Sosial şəbəkələr bir çoxlarının iş həyatına yaxından kömək edir. Bəziləri şirkətini, məhsulunu asanlıqla sosial şəbəkədə reklam edə bilir. Bildiyiniz kimi, reklamlar çox baha başa gəlir. Sosial şəbəkədə kimsə qrup yığır, kimsə biznesi üçün istifadə edir və s. Çox istifadə olunduğu halda isə bu vərdişə çevrilir. İnsan bir növ internetdən asılı hala düşür. Virtual ünsiyyətə keçdikdən sonra bəzilərində normal ünsiyyətdə problemlər yaranır. İnsanlarla təmasda çətinlik çəkir”. 

Psixoloqun sözlərinə görə, ünsiyyət dili özü bir bacarıqdır. 
"Daha çox virtullaşan insanlarda real ünsiyyət getdikcə azalır. Sosial şəbəkələr burda bir növ vasitəçi rol oynayır. Düşünürəm ki, sosial şəbəkələr də getdikcə öz mahiyyətini itirəcək. Necəki, bir vaxtlar mobil telefonlar dəbdə idi. Onların dövrü keçdi. İndi isə dəbdə sosial şəbəkələrdir. Bu dəb, eyforiya da yaşanılır və müəyyən müddətdən sonra onlardan istifadə də azalacaq”.  

Dunyatv.az


[/b]

[/b]


Oxunub: 1 160

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.