
Qoç - səhər saatlarından etibarən aktiv olun. Diqqətinizi cari işlərdən
yayındıra biləcək amillər formalaşa bilər. Fəaliyyətdə ləngimə,
anlaşılmazlıq, hərəkətlərlə qərarların tərəfdaşla razılaşdırılmamış
şəkildə izharı, məlumatın ötürülməsində yanlışlıq ola bilər.
Yaşananlar sizi ruhdan salmamalıdır.
Tam formalaşmamış qərarları açıqlamağa tələsməyin.
Riskə yol verməyin. Münasibətlər kənar təsirlə sınağa çəkiləcək. Yaxınlarınızla təmaslarda soyuqqanlı və təmkinli olun.
Buğa - aldığınız məlumat və informasiyaları təhlil edin. Yeni planlarda bel
bağladığınız insanlarla əlaqə saxlayın. Yaşamınızda bütün problemli
sahələri aktivləşdirən energetikadan yararlanın. Artıq keçmişdə
qoymağınız gərəkən problemi birdəfəlik həll edin. Sonra isə bütün
qüvvənizi yeni işin həllinə yönəldin.
Cari işlərdə və hisslərdə
xaosun yaranmasına rəvac verməyin. Maliyyə imkanlarınızı yenidən
dəyərləndirib itkilərə yol verməmək və stabilliyi qorumağın yollarını
tapın.
Əkizlər -
münasibətlərdəki deyilməmiş sözlər, yerinə yetirilməmiş vədlər indi
öhdəliklər qismində geri qayıdır. İndiyədək başlamağa cürət etmədiyiniz
işi reallaşdırmaq üçün əlverişli zamandır.
Təmir və tikinti
işlərindəki geriləmələri aradan qaldırın. Hansısa layihəni
təkmilləşdirək istəyirsinizsə, alınan məlumata yenidən nəzər salın.
Şəxsi
münasibətlərdə də müzakirəyə ehtiyac var. Əlavə təzyiq olmadan
təşəbbüslə çıxış etmək olar. Yaxın ətrafınızdakı insanların maraqlarını
nəzərə alın.
Xərçəng -
niyyətlərlə imkanlar və bacarıqları uyğunlaşdırmaq asan deyil. Nə isə
pozitiv istiqamətdə dəyişəcək. Emosiyalar çoxdur. Gərginləşən məqamlara
sürətlə, dürüst reaksiya verin.
Təhlükəsizliyi təmin edin,
münaqişələrdən yayının. Ən yaxşı ideyaların qəflətən yarandığını
unutmayın. Ən yaxşı ideyaları diqqətdən yayındırmayın, iş üçün istifadə
edin.
Alış-verişdə olduğundan fərqli görünmək üçün bədxərclik etməyin.
Pullar daha məntiqli işlər üçün gərək ola bilər.
Şir - yeni imkanlar yaranır və onlardan yararlanmağa çalışın. Digər
tərəfdən, sizə mane olmağa çalışan bədxahlar fəallaşırlar. Sayıq və
təmkinli olun.
Təşəbbüskarlığı minimuma endirin, təkid etməyin. Çevik
olun, işinizin detallarına diqqət yetirin. Ev işləri və yaxınlarla
münasibətlərə laqeyd olmayın.
Ünsiyyətin ənənəvi təmaslardan çox xeyir verə biləcəyi görüüşdən boyun qaçırmayın.
Maraqları birləşdirə biləcək iş və ya məşğuliyyət tapsanız, axşam saatları sakit keçəcək.
Qız - yaşam arealınızı təftiş edin. Planlarınız ciddi transformasiyaya uğrayacaq. Tamamilə yeni maraqlar peyda ola bilər.
Planlaşdırma
və olayların digər iştirakçıları ilə perspektivlərin müzakirəsi üçün
əlverişli gündür. Yaşananları dramatikləşdirməyin, təlaşa qapılmayın.
Enerji artımından bilavasitə iştirakınızı tələb edən işlərin görülməsi
üçün yararlanın.
Tərəzi - əlavə məsuliyyət və öhdəliklərə ehtiyac yoxdur. Gərjinlik və cari
problemlər işinizə mənfi təsir etməməlidir. Hansısa plan, yaxud niyyət
əlçatmaz ola bilər. Reaksiyanız yetərincə sakit, təmkinli olmalıdır.
Hazırda daha ciddi məsələlərə diqqət yetirin.
Perspektivləriniz üçün daha səylə çalışın. Uğurlarınızı möhkəmləndirin, təfərrüatları nəzərdən qaçırmayın.
Narazılıq və gərginliyə səbəb olmayın.
Səhhətinizə fikir verin.
Əqrəb - ayın ən mühüm günlərindən biridir. Gözlənti və niyyətlərinizdə uğurlarla yanaşı, pərişanlıq da ola bilər.
Gün məhsuldar, təmaslar isə məzmunlu olacaq.
Müstəqil düşünün, yeni ideyaları rədd etməyin.
Praqmat və uzaqgörən olmağa çalışın. Bəzi hadisələr sizdən onları qabaqlayaraq davranmağı tələb edir. Detallara diqqət yetirin.
Bədxahlarınızı yaşam arealınıza buraxmayın.
Baş verənlərdə mistika elementləri var.
Oxatan - planlar çoxdur. Nə etmək gərəkdiyinizi bilsəniz də, vaxt və qüvvə qıtlığı var.
Səhhətinizə
fikir verin, qüvvənizi düzgün paylaşdırın. Əlavə iş görməyin, sifariş
qəbul etməyin. Maraqlı ideyalara laqeyd yanaşmayın, onları
gerçəkləşdirmə yollarını arayın.
Parlaq təəssüratlar arayırsınızsa,
emosiyalarınızı cilovlayın. Sevdiyiniz insanların qayğısına qalın, amma
onlara nəzarət etməyə çalışmayın.
Güzəştlərə getməyi bacarın. Belədə şəxsi planlarınızı reallaşdırmaq imkanları artır.
Oğlaq - yaşamınızda nəyisə köklü şəkildə dəyişmək imkanı yaranır. Yeni işin
cazibədar, amma əlavə çətinliklər vəd etdiyini anlasanış belə, geri
çəkilməyin. Səbrli və soyuqqanlı olun. Nəticələr bədxahlarınızı pərişan
edəcək.
Gələn informasiya, fikir və təkliflərə diqqətlə yanaşın.
Yaxın günlərə olan işlərinizi planlaşdırın, danışıqlar aparın. Kimsə
sizə yardım edəcək, gərəkli insanla tanışlığı təmin edəcək.
Axşam saatlarında aktiv istirahəti seçin.
Dolça - ayın ən mühüm günlərindən biridir. Baş verənlər çox ciddidir. Yeni
səviyyəyə çıxmaq, niyyətinizi reallaşdırmaq şansını əldən verməyin.
Praqmat olun. Xəbərlərlə dəyişikliklərə məntiqli yanaşın.
Ümumi işdə iştirakınızı həmkarlar və rəhbərliklə müzakirə edin.
Ambisiyalarınız
tərəfdaşla münasibətlərdə çətinliklər yarada bilər. Sərt tənqidə əl
atmayın. Səylərin birləşdirilməsi, kompromiss axtarışı optimal seçimdir.
Balıqlar -
kommersiya əməliyyatları, pul köçürmələri, rəhbərliklə danışıqlar üçün
əlverişli gün deyil. İstənilən çətinlikdəki işə başlamaqdan çəkinməyin.
Əyləncə istəklərini unudun. Səhhətinizə fikir verin.
Yaxınlarınıza fiziki və ya emosional dəstək verin.
Təhlükəsizlik
hissinin güclənməsini istəyirsiniz. Hadisələrin axarına müdaxilə
etməyin, müşahidəçi mövqeyi tutun. Çox mühüm hadisə baş verərsə, güzəştə
getmək və ya itki ilə barışmaq olar.
Hadisələri öz xeyrinizə yönəldin.
Oxunub: 816
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.