dunyatv.az
CANLI YAYIN

Bu günün hava proqnozu

8-01-2014, 11:13

Yanvarın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında[/b] havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, günün birinci yarısında az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Temperatur gecə 1-4°, gündüz 5-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 766 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında[/b] arabir qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir.

Temperatur gecə 5-10° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 1-6° şaxta olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında[/b] arabir qar yağacaq.

Temperaturun gecə 6-11° şaxta, gündüz 0-4°-dək isti olacağı ehtimal olunur.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,Füzuli və Cəbrayıl rayonlarında[/b] havanın, əsasən, axşam və gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimal olunur.

Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında[/b] hava arabir yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq, arabir duman olacaq.

Temperaturun gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında[/b] hava, əsasən, səhər və axşam bəzi yerlərdə az yağıntılı olacaq.

Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında[/b] havanın arabir yağıntılı olacağı, dağlarda qar yağacağı, duman olacağı ehtimal olunur.

Temperatur gecə 0-3° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacaq.


Oxunub: 961

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.