Türk futbolçu Azərbaycanda oynamaqdan imtina etdi
Türkiyənin "Beşiktaş” klubunun futbolçusu Mehmet Akgün karyerasını Azərbaycanda davam etdirmək istəməyib.
Apasport.az
saytının məlumatına görə, İstanbul təmsilçisinin heyətinə düşməkdə
çətinlik çəkən 28 yaşlı yarımmüdafiəçi "Ərciyəsspor”a üstünlük verib.
Peşəkar
karyerasına Dortmund "Borussiya”sında başlayan Almaniya türkü Kayseri
təmsilçisi ilə ilkin razılıq əldə edib. Mehmetin meneceri Öndər İncə
bildirib ki, müştərisinə "Elazığspor”, "Qaziantepspor”, "Antalyaspor”,
"Çaykur Rizəspor” və adı açıqlanmayan Azərbaycan klubu da elçi düşübmüş.
Lakin futbolçu və meneceri bu variantlardan imtina edib
"Ərciyəsspor”a üstünlük verməyi məqsədəuyğun sayıb. "Beşiktaş”la
qarşılıqlı şəkildə müqavilənin pozulmasından sonra bu keçid
rəsmiləşməlidir.
Qeyd edək ki, Akgün vaxtilə "Borussiya”nın əsas heyətində də 4 oyun keçirib.