
Bakıda daha bir ana doğuş zamanı vəfat edib. Səbail Rayon Polis
İdarəsindən verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində
qeydə alınıb.
Qaradağ rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa
Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib. Lakin qeysəriyyə
əməliyyatı ilə aparılan doğuşdan sonra Z.Göyüşovanın səhhəti pisləşib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır (apa).
Oxunub: 1 084
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.