
İsmayıllı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
Kənd sakini, 1953-cü il təvəllüdlü Pestriakov Aleksandr Aleksandroviçin
yaşadığı evdə meyiti tapılıb. Araşdırma zamanı məlum olub ki, Aleksandr
Pestriakovu onun həyat yoldaşı - 1981-ci il təvəllüdlü Makarova Valentina Gennadiyevnanın tanışı, 1972-ci il təvəllüdlü Uvarov Vasili İvanoviç işgəncə ilə döyərək qətlə yetirib.
Həmin
evdə təmir işləri ilə məşğul olan Vasili Uvarov iki gün öncə Aleksandr
Pestriakovu yaşadığı evdə küt alətlə, ayaq və yumruq zərbələri ilə yerə
yıxıb, onun başına və bədəninə sobanın üstündəki isti kərpicləri qoyub,
siqaretlə üzünü yandıraraq işgəncə verib. Təqaüdçü Aleksandr Pestriakov
ötən gecə dünyasını dəyişib.
Məlumata görə, Aleksandr
Pestriakovun həyat yoldaşı Valentina Makarova hadisə zamanı evdə olub və
onların arasında baş verən davaya müdaxilə etməyib. Valentina Makarova
Aleksandr Pestriakovun ikinci həyat yoldaşıdır. İki dəfə məhkumluq
həyatı sürən Vasili Uvarov və Valentina Makarova hüquq-mühafizə
orqanları tərəfindən saxlanılaraq İsmayıllı Rayon Polis Şöbəsinə
aparılıblar. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən
cinayət işi açılıb, araşdırma aparılır
Oxunub: 1 164
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.