dunyatv.az
CANLI YAYIN

İmtahan əzabı: tələbə qız yatmamaq üçün belə etdi

10-01-2014, 15:50

Çinli tələbələr imtahanlara hazırlaşarkən gecələr yatmamaq, yuxusuzluğa əsir düşməmək üçün qəribə üsul və metodlardan istifadə edirlər.
Dunyatv.Az AsiaOne-a istinadən bildirir ki, Çinin Fuçjou vilayətindəki Fuszyan Kənd və Meşə Təsərrüfatı Universitetdə oxuyan 20 yaşlı tələbə Çen Tan imtahana hazırlaşarkən yatmamaq üçün saçlarını paltar qurutmaq üçün istifadə olunan tutqacdan yararlanıb. O, saçlarını tutqaclarla yuxarı bərkidərək bu minvalla başının aşağı əyilməsi və yatmasının qarşısını almağa çalışıb.
Yataqxanada gecənin bir aləmində bu minvalla imtahana hazırlaşan Çenin vəziyyətini tələbə yoldaşı çəkib və sosial şəbəkələrdə yayıb.
Çenin otaq yoldaşı, 21 yaşlı Hun Lunun dediyinə görə, saçını yuxarı dartaraq bərkitmiş qız səhərədək belə oturub.
"Tarix imtahanına hazırlaşan Çen səhərdək qəhvə, energetik içkilər içdi. Yatmadı", - Lu söyləyib.


Oxunub: 1 410

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.