dunyatv.az
CANLI YAYIN

Azərbaycanda bir ilin əsgəri intihar edib

11-01-2014, 16:13

Azərbaycanda bir ilin əsgəri intihar edib

 Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Məzahir Mahir oğlu Abdullayev intihar edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi əsgərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib.

Qeyd edək ki, M.Abdullayev 2013-cü ilin yanvarında Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Dunyatv.az



Oxunub: 1 085

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.