
Cəmi 50 dollara olan F1 smartfonunun təqdimatı keçirilib.
50 dollarlıq smartfon təqdim olunub.
Gün.Az-ın verdiyi xəbərə görə, Çinin mobil elektronika
istehsalçısı "JiaYu” şirkəti 50 dollarlıq "F1” smartfonunu təqdim
etməyə hazırlaşır. İstehsalçı bu məbləğə alıcılara zəif də olsa, işlək
smartfon təklif etməyə hazırlaşır.
"JiaYu F1” smartfonu 800x480 piksel təsvir ölçülü 4 düymlük ekran,
"MediaTek MT6572” platformasına əsaslanan 1,3 QHs takt tezlikli
ikinüvəli prosessor, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz
ediləcək.
Aparat, həmçinin 5 və 0,3 meqapiksellik kamera və 2400 milliamper/saat
tutumlu akkumulyatorla təchiz ediləcək. "JiaYu F1” smartfonu "Android
4.2” platforması ilə işləyəcək.
Oxunub: 977
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.