[/b]
Oktyabrın 31-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Mill.Az
AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz
keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi
yerlərində az yağış yağacağı ehtimalı var.
Temperaturun gecə
9-13°, gündüz 18-23° isti, Bakıda gecə 10-12° isti, gündüz 20-22° isti
olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu,
nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil edəcək.
[b]Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 1-6° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman
olacaqdır. Temperaturun gecə 1-6° isti, gündüz 12-17° isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 4-9°, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava,
əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin
olacaqdır. Temperaturun gecə 4-9°, gündüz 15-20° isti, dağlarda gecə 2°
şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Mərkəzi-Aran:
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və
Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və
səhər bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 6-11°, gündüz
18-23° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər dağlarda duman, çiskin
olacaqdır. Temperaturun gecə 9-13°, gündüz 18-23° isti, dağlarda gecə
1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Oxunub: 1 678

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR