
Kanadanın BlackBerry şirkəti iPhone smartfonlarının istehsalçısı olan
Apple (ABŞ) korporasiyasını intellektual mülkiyyət oğurluğunda
suçlayaraq məhkəməyə müraciət edib.
Dunyatv.Az Gizmodo-ya istinadən
bildirir ki, kanadalıların iddialarına görə, ötən ayın əvvəllərində
Typo şirkətinin iPhone üçün satışa çıxardığı klaviatura BlackBerry
Q10-dakı QWERTY klaviaturasının tam təkrarıdır.
"Typo"
klaviaturası 99 dollardan satılır. İstehsalçının dediyinə görə, bu
klaviatura iPhone-da yazma sürətini minimum 50 faiz artırır.
Oxunub: 983
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.