dunyatv.az
CANLI YAYIN

"London taksi" sürücüləri xüsusi təlim keçəcəklər

15-01-2014, 12:28

 Bakı, 14 yanvar, SalamNews, Ç.Orucova. Bakıda keçiriləcək 1-ci Avropa Oyunları üçün "London taksi" sürücülərinə dil əngəlini aşmaları üçün xüsusi təlimlər keçiriləcək.
SalamNews xəbər verir ki, "Bakı Taksi" MMC-nin "London taksi" şirkəti ilə tərəfdaşlığı çərçivəsində müasir tədris proqramı üzrə treninq mərkəzi yaradılıb. Bu mərkəzdə sürücülük qabiliyyəti, xidmət mədəniyyəti, sərnişinlə davranış, quraşdırılması planlaşdırılan Wi-Fi sistemi, həmçinin digər avadanlıqdan istifadə qaydaları, sürücülərin ünsiyyət vasitəsi olan dil əngəlini aşmaları üçün təlimlərin keçirilməsi planlaşdırılır. Peşəkar sürücü işinin öhdəsindən mükəmməl gələrsə, yalnız xarici dili mənimsəməkdə çətinlik çəkirsə, o zaman digər metodlardan istifadə ediləcək. Belə ki, avtomobildə əyləşən hər hansı əcnəbi vətəndaş sürücü ilə dil üniyyəti qura bilməzsə, birbaşa mərkəzlə əlaqə saxalayacaq, mərkəzə gedəcəyi ünvanı, sifarişi, ödəyəcəyi məbləğ barədə sorğu yönəldəcək və istədiyi məlumatı alacaq. Bunlar dünyanın bir neçə ölkəsində tətbiq olunur və Bakıda da bunun həyata keçirilməsi planlaşdırılır.



Oxunub: 925

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.