
Şəmkir rayon Dəllər qəsəbəsinin ərazisindən silah-sursat tapılıb.
Hafta.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər
verir ki, yanvarın 15-də Şəmkir rayon Polis Şöbəsi əməkdaşları
tərəfindən Dəllər qəsəbəsinin ərazisində 1 ədəd "AKM" markalı silah, 2
ədəd alışqansız "F-1" qumbarası və 27 ədəd patron tapılıb.
Göstərilən silah və sursat qəsəbədə yerləşən məişət tullantıları sahəsindən tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 1 087
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.