Yeni şəbəkəyə 300 milyondan çox abunəçi qoşulub
2011-ci ilin martında Yaponiyada böyük dağıntılara və 18 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələ zamanı yaranmış ümumi qarışıqlıqda öz yaxınlarından xəbər tutmaq istəyən insanlar onlarla telefon əlaqəsi yarada bilməmişdilər. Bu, Line adlı şəbəkənin yaranmasına səbəb olub.
Zəlzələdən 3 ay sonra NHN Japan tərəfindən hazırlanan şəbəkə bir ildən də az müddət ərzində 50 milyon insan tərəfindən yüklənmişdi. Müqayisə üçün xatırladaq ki, dünyanın ən böyük sosial şəbəkəsi olan Facebookdan üç il ərzində yalnız 58 milyon abunəçi istifadə etmişdi.
Line şəbəkəsi vasitəsi ilə istənilən təbii fəlakət zamanı istifadəçilər bir-birlərinə mesaj göndərməklə yanaşı, internet tarifinə uyğun olaraq telefon əlaqəsi də yarada bilərlər. Filippində baş verən dağıdıcı qasırğa zamanı bu şəbəkənin üstünlükləri bir daha nümayiş olundu.
Şəbəkədən bu gün 300 milyondan çox abunəçi istifadə edir