
Şou-biznesin illərdir küsülü olan iki siması - xalq artisti Faiq Ağayev və müğənni Nadir Qafarzadə eyni məclisdə üz-üzə gəlib.
Axşam.az-ın məlumatına görə, "Number one” mükafatlandırma mərasiminə qatılan ifaçılar hətta eyni masada əyləşiblər.
Nadir
Qafarzadə dəfələrlə efirdə F. Ağayevi tərifləyib barışdıqlarını desə
də, tərəflərin soyuq münasibəti diqqətdən qaçmayıb. Masada əyləşən digər
sənətçilərlə söhbətləşən F. Ağayev və N. Qafarzadə bir-biri ilə
göz-gözə gəlməməyə çalışıb.
Sənətçilərin birlikdə fotosunu təqdim edirik.
Oxunub: 976
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.