dunyatv.az
CANLI YAYIN

Elzadan növbəti gözlənilməz açıqlama: təyyarədə konsert verəcək

17-01-2014, 16:45

Elzadan növbəti gözlənilməz açıqlama: təyyarədə konsert verəcək

 Əməkdar artist Elza Seyidcahan yeni layihəsi ilə tamaşaçıları təəccübləndirməyə hazırlaşır.

Dunyatv.az Axşam.az-a istinadən xəbər verir ki,müğənni bu dəfə təyyarədə konsert verəcək.

Onun sözlərinə görə, konsertin devizi "Bir millət iki dövlət”dir.

"Bu, ya Türkiyəyə, ya da Avropaya uçuz zamanı baş verəcək. Konserti təyyarə qəzasında həlak olan insanların xatirəsinə həsr edəcəyik. Mahnılarımın hamısı lirik olacaq. Qeyri-adi, dünya ulduzlarını belə heyrətləndirəcək layihədir. Hətta təyyarəyə mahnı da bəstələyəcəm. Konsertdə məni sevən, musiqimi bəyənən insanlar bir araya gələcək”.

Geyimlərindən danışan əməkdar artist onların da fərqli olacağını iddia edib:

"Hazırda stilistlər bunun üzərində çalışır. Onların heç bir ideyasına müdaxilə etməyəcəm. Bu libaslar məşhur müğənnilərin diqqətini çəkəcək. Yerli sənətçilərimizdən danışmaq istəmirəm.  Mən indi dünya ulduzları ilə rəqabətdəyəm”.

Dunyatv.az


Oxunub: 1 117

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.