
Pərviz Əliyev: "Azərbaycanda uşaqlar üçün
təhlükəsiz mobil telefonların satışı üçün iPhone, Android telefonlarına
süzgəcdən keçirilmiş internet veriləcək"
Azərbaycanda
uşaqlar üçün təhlükəsiz mobil telefonların satışı üçün iPhone, Android
telefonlarına süzgəcdən keçirilmiş internet veriləcək.
Bu barədə
təklifi artıq Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) təqdim edib.
Bu
sözləri Movqe.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri Üzrə
Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev deyib. P. Əliyev bildirib ki, artıq təklifi RİTN-ə göndəriblər: "Bizim
göndərdiyimiz təklifdə qeyd olunub ki, iPhone, Android telefonlarına
süzgəcdən keçirilmiş internet verilsin. Həmin telefonlar sırf uşaqlar
üçün satışa buraxılsın”.
P. Əliyev onu da qeyd edib ki, bu təklifin bir-iki il ərzində reallaşması nəzərdə tutulub.
Movqe.az məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyevlə əlaqə saxlayıb. İ. Əliyev artıq təklifin RİTN-ə daxil olduğunu, amma reallaşması üçün hüquqi və texniki baza yaradılmalıdır:
"Uşaqlar
üçün bu cür telefonların satışa buraxılmasını birdən-birə
gerçəkləşdirmək mümkün deyil. Bunun üçün mövcud qanunvericiliyə əlavələr
edilməlidir. Üstəlik, maliyyə ayrılmalıdır. Yəni bu işin maliyyə
tərəfini özəl sektorun üstünə atmaq olmaz. Təklif analiz edilməli
mexanizmləri üzərində düşünülməlidir”.
Oxunub: 1 147
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.