dunyatv.az
CANLI YAYIN

Devid Bekhem komediya serialına çəkilib

21-01-2014, 11:55

İngiltərə yığmasının sabiq kapitanı, dünyanın ən məşhur futbolçularından biri Devid Bekhem komediya serialına çəkilib.
Britaniyanın ən məşhur komiklərindən olan Devid Ceyson və Nikolas Lindhörstün baş rolda çəkildikləri "Yalnız axmaqlar və atlar" (Only Fools and Horses) komediya şousunun növbəti buraxılışında 38 yaşlı Devid Bekhem də rol alıb.
Çəkilişlər Devidin doğulub boya-başa çatdığı yerdən, Londonun cənubundakı Pekhemdən bir qədər kənarda aparılıb.
Bekhem şounun "Sport Relief" sketçinə çəkilib.
Şou martın 21-də nümayiş etdiriləcək.


Oxunub: 823

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.