dunyatv.az
CANLI YAYIN

Məşhur müğənninin ölümünə sayılı günlər qalıb?

21-01-2014, 11:55

Tanınmış rusiyalı müğənni Janna Friske xərçəng xəstəliyinə tutulub. DunyaTv.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə müğənninin rəsmi İnternet saytında qeyd olunub.

Ötən həftə yayılan məlumata görə, 39 yaşlı müğənninin səhhəti kəskin pisləşdiyi üçün təcili Almaniyada müalicəyə yola salınmışdı. Həmin vaxt müğənninin köməkçisi Anisa Aşiku demişdi ki, yayılan məlumat həqiqətə uyğun deyil.

Bu gün isə müğənninin rəsmi saytında onun vətəndaş nikahı ilə yaşadığı həyat yoldaşı Dmitri Şepelovun bəyanatı yerləşdirilib. O, qeyd edib ki, hazırda müğənninin yanındadır və insanlardan vəziyyəti anlayışla qarşılamağı xahiş edir.

"Uzun aylar ərzində yalnız bizim ailəmizin sirri kimi qalan məsələ, təəssüflər olsun ki, bu gün ictimailəşib. Bununla belə, biz istənilən spekulyasiyanı dayandırmaq istəyirik. Hesab edirik ki, Jannanı sevən hər kəsin həqiqəti bilmək haqqı var. Ailəmiz çətin sınaq qarşısındadır. Janna xərçəng xəstəliyinə tutulub. Biz hər kəsdən xahiş edirik ki, duaları və xoş sözləri ilə bizə dəstək olsunlar. Yaxın gələcəkdə hər hansı şərh vermək istəmirik. Ümid edirik ki, yaxın vaxtlarda xoş xəbərlərlə sizin yanınıza qayıdacağıq. İndi sizdən xahiş edirik ki, icazə verəsiniz ki, diqqətimizi Jannanın səhhətinə cəmləşdirək. Bizə uğur arzulayın", - bəyanatda deyilir.


Oxunub: 1 144

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.