dunyatv.az
CANLI YAYIN

Fransada yağan aramsız yağışlar misli görünməmiş fəlakətə səbəb olub.

21-01-2014, 15:39

Fransada yağan aramsız yağışlar misli görünməmiş fəlakətə səbəb olub.

Fransada yağan aramsız yağışlar misli görünməmiş fəlakətə səbəb olub.
Hakim dairələrin sel sularından əziyyət çəkən bölgələrə göndərdiyi xilasetmə dəstələri təbii fəlakətin fəsadlarını aradan qaldırmaqda çətinlik çəkir. Verilən məlumatlara görə, yağış sularından sonra baş verən torpaq sürüşmələri artıq iki nəfərin həyatına son qoyub. Minlərlə insan isə evlərini tərk edərək daha təhlükəsiz yerlərə getmək məcburiyyətində qalıb.
Təbii fəlakətdən əziyyət çəkıən bölgələrə hazırda hökumət xilasedicilərlə yanaşı yanğınsöndürən və polis dəstələri də göndərməkdə davam edir. Məlumatlara görə hər bir bölgəyə gedən polis və yanğınsöndürən dəstəsinin tərkibinə 500 nəfər daxildir.
Vəziyyətin daha ağır olduğu bölgələri isə baş nazir Jan-Marc Eyru baş çəkib. O bildirib ki, təbii fəlakətin fəsadlarını tama aradan qaldırmaq üçün hava şərtlərinin normallaşması vacibdir. Sinoptiklər isə bildirir ki, tezliklə meteo şərtlərin düzəlməsi mümkün deyil.


Oxunub: 1 030

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.