“Samsung” 28 düym diaqonallı “UHD” monitor buraxıb
"Samsung Electronics” şirkəti 28 düym diaqonallı "UHD” monitor istehsal edib.
"Samsung U28D590” modelinin fərqləndirici cəhəti ekranın "Full HD”
formatını dörd dəfə üstələyən "4К” (3840х2160) piksel təsvir ölçüsü ilə
təchiz olunmasındadır. Bunun sayəsində təsvirin xırda detallarını real
şəkildə ötürməyə imkan verən yüksəkkeyfiyyətli təsvir əldə edilir, eləcə
də təbii rəng çalarlarının ötürülməsi 1 milyard rəngin canlandırılması
sayəsində mümkün olur.
Qurğu istifadəçiyə 2 "HDMI” çıxışı və 1 "Display Port” (DP) interfeys
çıxışı sayəsində audio və video qurğulara qoşulmaq üçün geniş imkanlar
açır. 3840х2160 təsvir ölçüsündə kadrın takt tezliyi "DisplayPort”
interfeysinə qoşulmaq şərtilə 60, "HDMI” çıxışı üzrə 30 giqahers təşkil
edəcək.
"Samsung U28D590” modelinin digər fərqləndirici cəhətləri arasında
təsviri "FullHD” (1920х1080) daxil olmaqla orijinal formatda göstərməyə
imkan verən "PIP 2.0” funksiyasını (Təsvir içində təsvir) qeyd etmək
olar. Bundan başqa, aşağı səviyyəli təsvir nümayiş olunan zaman "UHD
upscale” funksiyası dəqiqliyi və keyfiyyəti maksimal "4K” (3840х2160)
təsvir ölçüsünədək yaxşılaşdırmağa imkan verəcək. Monitora eyni anda iki
fərdi kompüter qoşmaq və keyfiyyət itkisinə yol vermədən hər iki
qurğudan (1920х2160 təsvir ölçüsündə) kontenti göstərmək mümkündür.