dunyatv.az
CANLI YAYIN

Yunan-Roma güləşçilərimiz Tehranda

21-01-2014, 22:57

 

23-24 yanvar 2014-cü il tarixdə İran İslam Respublikasının Tehran şəhərində yunan-Roma güləşi üzrə "Yadigar İmam Kuboku" beynəlxalq turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək. 

Artıq güləşçilərimiz turnirdə iştirak üçün İrana səfər edib. Heyətdə 8 pəhləvan yer alıb. Elman Muxtarov (59 kq), Azad Əliyev (66 kq), Hacımurad Bağmanov (71 kq), Niyaməddin İbrahimov (75 kq), Elvin Mürsəliyev (80 kq), Orxan Nuriyev (85 kq), Araz Həsənov (98 kq) və Valera Rodriqes (130 kq) turnirdə ölkəmizi təmsil edəcək. 

Beynəlxalq dərəcəli hakim Kamran Əliyev görüşlərin idarə edilməsində iştirak edəcək. 

Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Güləş Federasiyası (FİLA) çəki dərəcələrində dəyişikliklər edib və yığma komandamızın üzvləri ilk dəfə olaraq yeni çəki dərəcələrində mübarizə aparacaqlar. 

Turnirin proqramına əsasən, yanvarın 23-də 59, 71, 80 və 98 kq, yanvarın 24-də isə, 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.


Oxunub: 1 072

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.