Ebru Gündeş canlı yayımda çıxılmaz vəziyyətə düşdü
Tamaşaçılardan gələn bütün istəklərə Ebru "yox" dedi
"O Səs Türkiyə"nin final gecəsində Gökhan Özoğuz Ebru Gündeşi çətin vəziyyətə salıb.
"Qafqazinfo"
Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Rza Zərrab
rüşvət əməliyyatında həbs olunduğu üçün yeni il proqramını, bütün
konsertlərini ləğv edən və "O Səs Türkiyə"də də mahnı ifa etməyən Ebru
Gündeşə Gökhan Özoğuzun mahnı oxumağı təklif etməsi müğənnini çətin
vəziyyətə salıb. #xa0;Tamaşaçılardan gələn bütün istəklərə baxmayaraq
Gündeşin qaşlarını qaldırıb Acun Ilıcalıya "xeyr"işarəsi etməsi efirdə
yayımlanıb. Gündeşin köməyinə Hadisə gəlib. Müğənni Gökhana "Bu gecə
sənin gecəndir, sən söylə" deyərək xəbərdarlıq edib.
Qeyd edək ki, yarışmanın qalibi Hasan Doğru olub