dunyatv.az
CANLI YAYIN

Millimizin futbolçusu əsas heyətdən uzaqlaşdırıldı

22-01-2014, 11:15

Millimizin futbolçusu əsas heyətdən uzaqlaşdırıldı

 Milli komandamızın üzvü olan Əli Gökdəmirə növbəti dəfə əsas komandada möhkəmlənmək qismət olmayıb. 

Dunyatv.az Apasport.az-a istinadən xəbər verir ki, "Hannover 96”nın əsas komandası ilə ilk gündən hazırlıqlarda iştirak edən, hətta Türkiyə toplanışına da aparılan Gökdəmir əsas komandadan çıxarılıb.
O və əslən alban olan isveçrəli yarımmüdafiəçi Adrian Nikçi yanvarın 25-də Bundesliqada "Volfsburq”la keçiriləcək görüşün hazırlıqlarından kənarlaşdırılıb. Yeni baş məşqçi Tayfun Korkutun qərarına əsasən hər 2 futbolçu "Hannover 96”nın U-23 komandasına geri qaytarılıb. Korkut bu qərarı haqda bunu deyib: "Mən bu qərarı Hannoverdəki məşqlərdə və Bələkdəki düşərgəmizdəki təəssüratlarıma əsasən qəbul etdim. Adrian və Əli ilə şəxsən söhbət etdim. Effektiv məşq çalışmasına gəlincə, az futbolçu ilə hazırlıq keçmək mənim üçün daha vacibdir”.
Qeyd edək ki, Əli Gökdəmir yanvarın 9-dan 17-dək Bələkdə hazırlıq keçən "Hannover 96”nın "Herta” (0:0) ilə yoxlama matçında 90 dəqiqə meydanda olmuşdu. Ancaq futbolçumuz Türkiyə Superliqasının təmsilçiləri - "Fənərbaxça” (1:2) və "Çaykur Rizəspor”la (1:1) görüşlərdə ehtiyatda qalmışdı.
Dunyatv.az


Oxunub: 830

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.