
Qış transfer pəncərəsində "Qalatasaray"a keçəcəyi gündəmə gələn
"Milan"ın ulduz futbolçusu Mario Balotelli İstanbul klubu ilə bağlı
maraqlı açıqlamalar verib.
DunyaTv.az saytının məlumatına görə,
Türkiyə mətbuatına danışan 23 yaşlı hücumçu "sarı-qırmızılar"ın
Çempionlar Liqasının qrup mərhələsinin son matçındakı "Yuventus"
qələbəsindən danışıb.
Balotelli sabiq baş məşqçisi Roberto Mançininin çalışdırdığı komandanın qalib gəldiyi üçün çox sevindiyini deyib:
"İtaliya
millisinin futbolçusuyam. "Yuventus" A Seriyasında rəqibimizdir, amma
orada yığmadan çoxlu komanda yoldaşlarım var. Mançini də sabiq baş
məşqçimdir. Ondan çox şey öyrəndim. Ona çox şey borcluyam. Matçı
izləməyə başlayarkən "yaxşı oynayan qazansın" dedim. Amma Sneyder qol
vurub, "Qalatasaray" qalib gəldikdən sonra, açığı, "Yuventus"a yazığım
gəlmədi. Sabiq baş məşqçim Roberto Mançininin çalışdırdığı komandanın
qrupdan çıxmasına çox sevindim"
Oxunub: 972
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.