dunyatv.az
CANLI YAYIN

Klaviatura kimi kompüter satılacaq

22-01-2014, 16:40

 

Layihə üzərində işlərə 2011-ci ildən başlanılıb. Kompüter Android platformasında işləyir.
ICTnews-ın verdiyi məlumata görə, CoolShip kompüteri 104 düymədən ibarətdir.Kompüterdə, həmçinin sağ tərəfdə yerləşdirilmiş yığcam sensor panel və dinamik mövcuddur. Klavişlərin alt hissəsində 1,5 QHs takt tezlikli ikinüvəli Rockchip RK3066 adlanan ARM prosessoru və Mali-400 qrafik kartı, həmçinin DDR3 tipli 1 QB əməli yaddaş yerləşir. Daxili fləş daşıyıcının (NAND) həcmi 4-8 QB ola bilər. Cihaza Android 4.0 (Ice Cream Sandwich) əməliyyat sistemi quraşdırılıb. CoolShip kompüteri monitora və ya televizora VGA və ya HDMI interfeysləri vasitəsilə qoşulur.Klaviaturanın arxa hissəsində iki ədəd USB 2.0 portu, 3,5 millimetrli audioçıxış, SD yaddaş kartları üçün slot, Ethernet LAN portu və Wi-Fi (802.11b/g/n) modulu var. Aparatın çəkisi 1,2 kiloqramdır. Ona, həmçinin 300 milliamper/saat tutumunda litium akkumulyatoru quraşdırılıb.


Oxunub: 1 033

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.