dunyatv.az
CANLI YAYIN

Homoseksual gənc fəal özünü öldürdü [foto]

22-01-2014, 16:23

Homoseksual gənc fəal özünü öldürdü [foto]

Azərbaycanda homoseksual gənc özünü asıb.

Dunyatv.az-ın məlumatına görə, Azad LGBT təşkilatının sədri İsa Şahmarlı özünü asaraq intihar edib.

 

Bu barədə onun dostları sosial şəbəkələrdə məlumat paylaşıblar. Onların sözlərinə görə, intihara cəhd edən İsa Şahmarlı xəstəxanaya çatdırılmadan yolda dünyasını dəyişib.

 

21 yaşlı gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Qeyd edək ki, gənc intihar etmədən öncə facebook hesabında dostları ilə vidalaşıb:


"Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.

 

Homoseksual gənc fəal özünü öldürdü [foto]

 


Oxunub: 1 664

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.