
Türkiyənin Bursa vilayətində aparılan arxeoloji-qazma işlərində qədim
zirzəmi aşkarlanıb. Arxeoloqların dediklərinə görə, zirzəmi həbsxana
olub. Burada cəlladlar məhbuslara ağlasığmaz, dəhşətli işgəncələr
veriblər.
Zirzəmi Bursadakı Zindankapı bölgəsində, Alacahırka səmtindədir.
Lal-kar
cəlladlar edam cəzası almış məhbusun başını kəsəndən sonra isə onun
kəlləsini çölə çıxarır, biçarənin ailə üzvlərinin və ya tanışlarının
qarşısına atırdılar.
DunyaTv.Az
Hürriyet Daily News-a istinadən bildirir ki, 2300 il yaşı olduğu güman
edilən zirzəminin qədim Vifiniya çarlığı dönəmindəki həbsxana kimi
istifadə olunduğu şübhə doğurmur.
13-cü əsrdə Nikey imperiyasının
mərkəzi olmuş Vifiniya qədim dövlət, sonra Qədim Romanın əyaləti idi.
Vifiniyanın ən böyük şəhərləri Nikomediya və Nike idi.
Eramızdan əvvəl 297-ci ildə formalaşmış Vifiniya eramızın 274-cü ilində darmadağın olmuşdu.
Oxunub: 925
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.