dunyatv.az
CANLI YAYIN

Azərbaycanda havanın temperaturu anomallaşacaq, qar yağacaq

23-01-2014, 21:30

Yanvarın 24-də Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək.

Bu barədə Gün.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, sabah Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək.

Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək, şimal-şərq küləyi axşam cənub-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın temperaturu gündüz 5-9, gecə 3-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 24-də hava əsasən yağmursuz keçəcək, lakin Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi ərazilərində az yağıntılı olacaq. Bəzi yerlərdə duman proqnozlaşdırılır, qərb küləyi əsəcək.

Aran rayonlarında yanvarın 24-də havanın temperaturu gündüz 8-13, gecə 0-5 dərəcə isti olacaq.

Yanvarın 25-də Azərbaycanda havanın temperaturunun anomal gedişi proqnozlaşdırılır, gün ərzində hava yağıntılı keçəcək.

Belə ki, yanvarın 25-26-da Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, şimal küləyi güclənəcək, temperaturun anomal gedişi müşahidə ediləcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 25-də havanın temperaturu bir neçə dərəcə enəcək, gündüz 5 dərəcəyə, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq.

Azərbaycanın rayonlarında yanvarın 25-də gün ərzində buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində əsasən şimal və şərq rayonlarında, 25-dən 26-na keçən gecə bəzi rayonlarda hava yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlara qar yağacaq.


Oxunub: 970

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.