"Fənərbaxça" Azərbaycana gəlir
Türkiyə təmsilçisi 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunda iştirak edəcəyini təsdiqləyib
Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III
Beynəlxalq Qəbələ Kuboku uğrunda turnirdə iştirak üçün bir neçə
tanınmış kluba dəvət göndərilib. "Qəbələ" futbol klubunun mətbuat
xidmjətindən ANS PRESS-ə verilən məlumata görə, artıq dəvət alan iki
klub – Türkiyə və Rusiya təmsilçiləri "Fənərbaxça” və Moskva
"Lokomotiv”i turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. 29 may – 01
iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da
yaxın müddətdə müəyyənləşəcək.
Bu arada turnirdə iştirak
üçün dəvət göndərilən "Barselona", "Ayaks" və "Yuventus"un III Qəbələ
Kubokunda yer almayacağı dəqiqləşib.
"Barselona" və "Ayaks"ın
öncədən başqa turnirdə iştirak barədə təsdiq verməsi, "Yuventus"un isə
həmin dövrdə yerli çempionatın final mərhələsində iştirak etməsi
adıçəkilən komandaların Qəbələyə gəlməsinə mane olub.
Dunyatv.az
Oxunub: 875