dunyatv.az
CANLI YAYIN

Kıvançın sevgilisi: “Çox xoşbəxtəm”

24-01-2014, 15:59

Kıvançın sevgilisi: “Çox xoşbəxtəm”

 Məşhur aktyor Kıvanç Tatlıtuğla sevgili olan stilist Başak Dizer "Şamdan plus” jurnalına maraqlı açıqlamalar edib.

Dunyatv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Başak Dizer şəxsi həyatı ilə gündəmə gəlmək istəmədiyini deyib:
"Bu mövzuda danışmayacağam, çünki şəxsi həyatımı gündəmə gətirməyi xoşlamıram. Bircə onu deyə bilərəm ki, çox xoşbəxtəm”.
Kıvançla olan münasibətinə görə son zamanlar məşhurluğu daha da artan stilist gördüyü işlərlə diqqət mərkəzində olmaq istədiyini söyləyib:
"Etdiyim hər işin maraq görməsi sevindiricidir. Öyrəşmədiyim vəziyyətdəyəm və bu, məni çox təəccübləndirir”.
Xatırladaq ki, cütlük iki aydır ki, sevgilidirlər.

Dunyatv.az


Oxunub: 1 268

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.