Güləşçilərimiz 1 qızıl, 1 bürünc medal qazandı
Yarışların ikinci günündə mübarizəyə qoşulan güləşçilərimizdən Azad Əliyev finala qədər maneəsiz irəliləyib
İranın paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə 34-cü "Yadigar İmam Kuboku” Beynəlxalq turniri keçirilib.
Yarışda
Azərbaycanla yanaşı, İran, İraq, Türkiyə, Koreya Xalq Demokratik
Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan
olan pəhləvanlar mübarizə aparıb. Ans press-in "AGF"nin saytına
istinadən məlumatına görə, yığma komandamızın üzvləri turniri 1 qızıl və
1 bürünc medalla başa vurub.
İlk yarış günündə 59, 71, 80 və 98
kiloqram çəki dərəcələrində yarışan güləşçilər xalça üzərinə çıxıb.
Yığmamızın heyətində Elman Muxtarov (59 kq), Hacımurad Bağmanov (71 kq),
Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) mübarizə aparıb.
Yalnız Elman Muxtarov (59 kq) mükafatçılar sırasında yer alıb.
Güləşçimiz bürünc medal üçün yerli idmançı Museyib Əkbərini üstələyib.
Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) yarışı 5-ci sırada
tamamlayıb.
Yarışların ikinci günündə mübarizəyə qoşulan
güləşçilərimizdən yalnız Azad Əliyev (66 kq) finala qədər maneəsiz
irəliləyib. Ardıcıl olaraq Ggürcüstan, Macarıstan və İran güləşçilərini
məğlub edən həmyerlimiz, finalda daha bir gürcü pəhləvanını vaxtından
əvvəl üstələyərək turnirin qızıl medalına sahib olub. Niyaməddin
İbrahimov isə, bürünc medal şansını dəyərləndirə bilməyib və turniri
5-ci sırada tamamlayıb.
Qeyd edək ki, bir müddət əvvəl FİLA çəki
dərəcələrində dəyişikliklər edib və güləşçilərimiz ilk dəfə olaraq yeni
çəki dərəcələrində qüvvələrini sınayıblar.
Dunyatv.az
Oxunub: 1 224