dunyatv.az
CANLI YAYIN

"Neftçi" yenə uduzmadı

25-01-2014, 11:20

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Neftçi", dünən axşam növbəti yoxlama oyununa çıxıb.
Siasport.az saytı xəbər verir ki, Böyükağa Hacıyevin komandası Ukraynanın "Metallurq" klubu ilə qarşılaşıb. Görüş 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb. Xatırladaq ki, "Neftçi" ilk yoxlama oyununda Albaniyanın "Partizani" klubuna 2:0 hesabı ilə qalib gəlib. "Fənərbaxça" ilə qarşılaşmada hesab açılmayıb.
Qazaxıstanın "Tobol" klubunu isə 4:2 hesabı ilə məğlub edib.


Oxunub: 1 022

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.