Almaniya ordusunda uşaqlar da xidmət edir
Almaniya Federal Ordusu 18 yaşından aşağı şəxsləri hərbi xidmətə
götürür. Bununla Almaniya beynəlxalq razılaşmaları pozur. Belə ki,
beynəlxalq razılaşmalara görə, 18 yaşdan aşağı şəxslərin orduda xidmət
etməsi qadağandır. "Deyerler.org"un Türkiyə mətbuatına istinadən verdiyi
xəbərə görə, Almaniyanın Müdafiə Nazirliyi isə məsələ ilə bağlı deyib
ki, 18 yaşdan aşağı şəxslər orduda əsgər kimi xidmət etmirlər, onlar
sadəcə olaraq hərbi peşəyə öyrəşmək üçün orduya alınıblar. Nazirlikdən
verilən açıqlamada həmçinin bildirilir ki, 18 yaşdan aşağı olan şəxslərə
silah-sursat haqqında məlumatlar verilir, onlara hərbinin incəlikləri
öyrədilir. Lakin, onlara silahla hər hansı bir işi görmək tapşırılmır.
Araşdırmalar zamanı bəlli olub ki, son 3 ildə Almaniya Federal ordusunda 18 yaşdan aşağı 3 min nəfər hərbidə olub.
Qeyd edək ki, BMT Uşaq Haqları Konvensiyasına görə, 18 yaşdan aşağı şəxslərin hərbiyə qəbul edilməsi qadağandır.