
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük
təşkil edəcəyi, yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi
gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə, temperaturun gecə
1-3° isti, gündüz 6-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti
təşkil edəcək. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət
80-90 faiz təşkil edəcəkdir. Naxçıvan Muxtar Respublikasında bəzi
yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir. Havanın
temperaturu gecə 3-8° şaxta, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 0-5°
isti, bəzi yerlərdə 3° şaxta təşkil edəcək.
Yuxarı Qarabağ:
Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan,
Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə qar
yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti təşkil
edəcək. Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi
yerlərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2°
şaxtadan 3°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.
Balakən,
Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı
olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi
gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 4°
şaxtadan 1°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 7-12° şaxta,
gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Mərkəzi-Aran:
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən yağmursuz.
Lakin gecə və səhər bəzi
yerlərdə dumanlı, yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi
gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz
7-12° isti təşkil edəcək. Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara
rayonlarında gecə və səhər və səhər bəzi yerlərdə yağıntılı olacağı, gün
ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman
olacaqdır. Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-11° isti,
dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.
Oxunub: 1 086
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.