dunyatv.az
CANLI YAYIN

Kənan Doğulu Sezen Aksuya yaxın olmaq üçün hər ay 15 min ödəyəcək

27-01-2014, 20:45

Kənan Doğulu Sezen Aksuya yaxın olmaq üçün hər ay 15 min ödəyəcək

 Məşhur aktrisa Beren Saatla ailə qurmağa hazırlaşan türkiyəli müğənni Kənan Doğulu uzun illər musiqi ilə bağlı işlərini gördüyü Arnavutköydəki studiyasını bağlayıb.
Dunyatv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Sezen Aksunun Kanlıcadakı villasının yaxınlığına köçüb. Tez-tez Sezen Aksu ilə işbirliyi quran ifaçı kirayəyə götürdüyü yeni studiyaya görə hər ay 15 min türk lirəsi (təxminən, 6 min AZN) ödəyəcək. Kənan Doğulu bu studiyanı seçməsinin səbəbindən danışıb:
"Düşünürəm ki, dəniz mənzərəsi olan bir məkan məni daha da ilhamlandıracaq. Bundan başqa, Sezen Aksuya yaxın olmaq üçün də bu addımı atdım”.
Qeyd edək ki, Kənanın kirayəyə götürdüyü studiyanın yanında son zamanlar əri həbs olunduğu üçün çətin günlər keçirən Ebru Gündəşin villası da var.

Dunyatv.az


Oxunub: 1 302

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.