Türkiyənin Memorial Antalya Xəstəxanasının mütəxəssisi Zəki Salar
adıçəkilən mövzudan bəhs edərək, həyatımızın ayrılmaz hissəsinə çevrilən
televizor, kompyuter, cib telefonu və mikrodalğalı sobaların sağlamlığa
ziyan vurduğunu bildirir. O, xüsusilə də hamilə qadınların cib
telefonundan, ümumiyyətlə, radiasiya yayan cihazlardan uzaq durmasını
tövsiyə edir. Çünki radiasiya bətndəki körpənin sağlamlığında ciddi
fəsadlara yol açır. Lakin cib telefonu zərərli olsa da, istifadə etmək
məcburiyyətindəyik.
Qeyd edək ki, hamiləlik zamanı hamilə
qadınlar yalnız danışıq müddətini minimuma endirməklə az da olsa, bu
zərərli vərdişdən sığortalana bilərlər. Çünki bətndəki körpəyə radiasiya
təsir etdikdə o, zehni inkişafdan qalır, görmə qabiliyyətində
problemlər, qaraciyər və böyrəklərdə funksional pozğunluqlar meydana
çıxır.
Oxunub: 954
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.