dunyatv.az
CANLI YAYIN

Türkiyə futbolunda dopinq şoku

28-01-2014, 11:04

Türkiyə futbolunda dopinq şoku

 Türkiyə Superliqasında dopinqli futbolçu aşkarlanıb.
Dunyatv.az Apasport.az-a istinadən xəbər verir ki, yoxlanışdan keçən 29 yaşlı yarımmüdafiəçi Köksal Yedekin qanında qadağan olunmuş maddə tapılıb.
Bu yoxlanış XVII tur çərçivəsində futbolçunun "Elazığspor” forması ilə "Rizəspor”a qarşı keçirdiyi matçdan sonra olub. Həmin oyuna start heyətdə daxil olan Köksal meydanda 87 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, 2011-ci ildən "Elazığspor”da çıxış edən Yedek qış fasiləsində klubdan göndərilib. Onun göz əməliyyatından sonra qəbul etdiyi dərmanlara görə qanında qadağan olunmuş maddə aşkarlandığı deyilir. Hazırda Türkiyə Futbol Federasiyası Dopinqlə Mübarizə Qurumu bu məsələ ilə bağlı araşdırmalar aparır.

Dunyatv.az


Oxunub: 940

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.