Bakıda daha bir sərnişin avtobusu qəzası
Xöşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan olmayıb
Bakının
Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində 10 TG 002
nömrə nişanlı 202 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu
ilə "Opel” markalı minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət
alan olmasa da "Opel” markalı avtomaşın deformasiyaya uğrayıb.
Hadisə
yerinə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Yol
polisinin dediyinə görə hadisə minik avtomobilinin avtobusun yoluna
çıxması nəticəsində baş verib.
"İkinci dərəcəli yoldan baş yola
çıxarkən düzünə hərəkətdə olan nəqliyyat vasitələrini gözləməyən "Opel”
yol nəqliyyat qaydalarını pozub. Avtobusda sərnişin olmayıb” – deyə Yol
polisi Pərviz Allahverdiyev bildirib.
Avtoqəzanın dəqiq hansı
şəraitdə baş verməsi isə təyin ediləcək ekspertizaların rəyindən sonra
məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
Dunyatv.az
Oxunub: 1 081