dunyatv.az
CANLI YAYIN

Bakının "Lokomotiv" voleybol komandası ABŞ millisinin hücumçusu Kessidi Lixtmanı transfer etmişdir

28-01-2014, 11:04

Bakının qadınlardan ibarət "Lokomotiv" klubu heyətinə yeni voleybolçu cəlb etmişdir.
AzərTAc xəbər verir ki, ABŞ millisinin hücumçusu Kessidi Lixtman "Lokomotiv"ə transfer olunmuşdur.
Əvvəllər toppaylayıcı mövqeyində oynamış 25 yaşlı voleybolçu ilə mövsümün sonunadək müqavilə imzalanmışdır. İsveçrənin "Hotel Kristal" kollektivindən "Lokomotiv"ə transfer olunan K.Lixtman hücumdakı boşluğu aradan qaldırarsa anlaşmanın müddətinin uzadılması da istisna deyildir. 2011-ci ildən millisinin şərəfini qoruyan voleybolçu daha əvvəl ölkəsində "Stanford Universiteti" və Polşada "Aluprof" klublarında çıxış etmişdir. O, yığmasının heyətində iki dəfə Panamerika kubokunu və bir dəfə Şimali Amerika çempionatının qızıl medalını qazanmışdır.


Oxunub: 1 080

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.