”Google” ilə “Samsung” işbirliyinə getdilər

Patent haqqları səbəbiylə çəkişən texnologiya nəhəngləri bu dəfə əməkdaşlıq haqqında razılığa gəliblər.
Amerikanın "Google”, Cənubi Koreyanın
"Samsung” şirkətləri qarşılıqlı patent istifadəsi üçün 10 il qüvvədə
olması nəzərdə tutulam razılaşma imzalayıb.
Dünyanın iki böyük texnologiya nəhənginin imzaladığı razılaşmamım maliyyə ölçüsü haqqında məlumat verilmir.
Sadəcə o bəllidir ki, iki şirkət, mövcud və gələcək 10 ildə əldə
edəcəkləri patentləri qarşılıqlı şəkildə istifadə edə biləcəklər.
Onu da bildirək ki, "Samsung” ilə "Apple” arasında patent haqqları səbəbiylə açılmış iddialar var.
Oxunub: 779

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR