dunyatv.az
CANLI YAYIN

Kompyuter və digər elektron avadanlıqlarının istehsalı azalıb

28-01-2014, 14:48

 

2013-cü ildə kompyuter, elektron və elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 237,3 milyon manat olub.

DunyaTv.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki illə müqayisədə kompyuter və digər elektron avadanlıqlarının istehsalı 27,6% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 14,6% artıb.
İl ərzində 173 ədəd güc transformatoru, 6,7 min ədəd məişət soyuducusu, 24,4 min ədəd televizor istehsal edilib, əvvəlki illə müqayisədə məişət soyuducularının və televizorların istehsalı müvafiq olaraq 29% və 1,7% artıb.
2014-cu il yanvarın 1-nə müəssisələrin anbarlarında 21,2 milyon manat həcmində və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 8,4% qədər hazır məhsul ehtiyatı qalıb.


Oxunub: 971

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.