Şumaherin yüzlərlə pərəstişkarı “Formula-1” trası boyunca yürüş keçirərək ona dəstək nümayiş etdirib
Gün.Az RİA Novostiyə istinadən xəbər verir ki, "Formula-1” yarışının yeddiqat çempionu Mixael Şumaherin 2 minə yaxın pərəstişkarı bazar günü Belçikada məşhur yarış trası olan Spa-Frankorşamda ona dəstək nümayiş etdirmək üçün yürüş keçirib.
Tədbir Şumaherin fanatlarından olan Haydi Hendriks tərəfindən təşkil olunub bu işdə ona trassa xidmət edən şirkət də yardım edib.
Hendiksin sözlərinə görə, aksiya iştirakçıları Şumaher və onun ailəsini müsbət enerji ötürmək istəyib. Bu onun həyatında ən önəmli mübarizədir.
İdmançının Hollandiya, Böyük Britaniya, Almaniya, Fransadan olan pərəstişkarları da Belçikalılara qoşulub.
Xatırladaq ki, yanvarın 3-də Şumaherin 45 yaşı tamam olub. 29 dekabr 2013-cü il tarixində keçirdi ağır qəzadan sonra hələ də koma vəziyyətndə Qrenobl hospitalındadır.