"Real Madrid"in 100 milyonluq futbolçusu yenə zədələndi
"Real"ın futbolçusu Qaret Beyl yenidən zədələnib.
Qol.az-ın
İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubunun baş
məşqçisi Karlo Ançelotti uelsli yarımmüdafiəçinin sol ayağında problem
olduğunu deyib. Məhz bu səbəbdən o, İspaniya Kral kubokunda "Espanyol"la
cavab qarşılaşmasının heyətinə daxil edilməyib.
Qeyd edək ki,
ötən ilin oktyabr ayında Madrid klubuna transfer olan Beyl indiyə kimi
matçların 53 faizində iştirak edib. O, yalnız 9 qarşılaşmada əsas
heyətdə oynayıb.
Dunyatv.az
Oxunub: 1 205