dunyatv.az
CANLI YAYIN

Messi və Ronaldoya meydan oxudular

29-01-2014, 10:21

"Çelsi”nin gənc oyunçusu Eden Hazard dünyanın ən yaxşı futbolçusu adını qazanmaq üçün Lionel Messi və Kristiano Ronaldo ilə mübarizə aparmaq gücündə olacağını bəyan edib. Belçika mətbuatına müsahibəsində 23 yaşlı yarımmüdafiəçi deyib ki, onun məqsədi "Qızıl top”u qazanmaqdır: "Daha çox çalışmaq niyyətindəyəm. Yaxın gələcəkdə Messi və Ronaldo ilə rəqabətə girməyə hazırlaşıram. Hər iki futbolçunun statistikasına yaxından bələdəm. Onlar kimi yüksək səviyyəli futbolçu olacağımı bilmirəm, amma yenə də Messi və Ronaldo ilə yarışa hazıram”.Qeyd edək ki, E.Hazard bu mövsüm İngiltərə Premyer Liqasında 22 matçda 9 qol vurub və 7 qolun ötürməsini verib.


Oxunub: 1 034

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.