
"IHS" analitik şirkəti mütəxəssislərinin proqnozuna görə, yaxın beş ildə
smartfon və mobil kompüterlər yüksəksürətli simsiz rabitəni təmin edən
inteqral sxemlərin tətbiq olunacağı başlıca sahələr olacaq. SİA xəbər
verir ki, proqnozlara görə, 2013-2018-ci illərdə mobil fərdi kompüter
istehsalçıları 2,5 milyard dollar dəyərində 400 milyondan çox mikrosxem
alacaqlar. 260 milyon dollar dəyərində daha 80 milyon belə mikrosxem
smartfonlar bazarına tədarük ediləcək.
"IHS"-in
qiymətləndirməsinə əsasən, 2018-ci ildə dünyada yüksəksürətli "Wi-Fi"
texnologiyasını dəstəkləyən 125 milyon mobil fərdi kompüter və 36 milyon
smartfon buraxılacaq. Yüksəksürətli simsiz rabitəni dəstəkləyən
qurğular dedikdə "WirelessHD", "WHDI", "802.11ad" (WiGig) və ya
çoxaxınlı "Wi-Fi" (802.11n 3x3 və ya 802.11ac 2x2 və daha yuxarı) kimi
texnologiyaların ən azı birinin istifadə olunduğu qurğular başa düşülür.
Qeyd edilən simsiz rabitə standartları məlumatları "802.11n" və
"Wi-Fi"-ın əvvəlki versiyaları ilə müqayisədə bir neçə dəfə daha sürətli
ötürülməsini təmin edir.
Mütəxəssislər yüksəksürətli "Wi-Fi"ı
dəstəkləyən qurğuların həm istehlak, həm də korporativ sektorda geniş
yayılacağını gözləyirlər. Onlar vasitəsilə istifadəçilər məlumatları
daha sürətli mübadilə edə, eləcə də "HD" formatlı videonu fərdi kompüter
və smartfonlardan televizora ötürə biləcəklər, - tədqiqatda qeyd
olunur.
Oxunub: 1 081
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.