
İngiltərədə
yaşayan 26 yaşlı bir qadın özünü mənasız məsələ üzündən öldürüb.
Dunyatv.az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt
Londonda yaşayan Frans Varen daima sarı rəngli saçları ilə öyünüb. Lakin
saçının təbii rənginin sarı olmaması qadının ən böyük dərdi olub. O,
həmişə saçının rənginin dəyişəcəyindən qorxub.
Ümumilikdə
4-5 dəfə saçlarının rəngini dəyişən Frans Varen, saçının sarı olması
üçün əlindən gələni edib. Lakin onu bu problem həmişə narahat edib. Bu o
qədər ciddi hala çevrilib ki, Frans Varen depresiyaya düşüb.
Psixoloq
köməyinə baxmayaraq, Frans Varen depresiyadan çıxa bilməyib. Qadın
gəzmək adı ilə meşəliyə gedib və ondan bir xəbər çıxmayıb. Axtarışlar
zamanı Frans Varenin meyidi meşədə ağacdan asılmış halda tapılıb.
Onun
intihar etdiyi məlum olub. Araşdırmalar zamanı qadının saçları üzündən
depresiyadan çıxmadığı, özünü ağacdan asdığı bildirilir.
Dunyatv.az
Oxunub: 901
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.