Azərbaycan çempionatı dünya reytinqində
Beynəlxalq Futbol Tarixi və Statistikasıları Federasiyasının illik reytinqinə əsasən futbol üzrə Azərbaycan Premyer Liqası milli çempionatlar arasında 43-cü yerdə qərarlaşıb. Publika.az xəbər verir ki, Azərbaycan çempionatının 370,5 reytinq xalı var.
Bu reytinq il ərzində bir dəfə açıqlanır. Ötən il Azərbaycan Premyer Liqası 84-cü yerdə qərarlaşmışdı.
Qeyd edək ki, keçmiş SSRİ çempionatları arasında Azərbaycan çempionatı bu göstərici ilə dördüncüdü. Milli çempionatımız Rusiya (8-ci pillə, 739,5 bal), Ukrayna (14, 682 bal), Moldova (41, 380 bal) çempionatlarından geri qalır.
Birincilik İspaniya La Liqasına məxsusdu: 1155 bal. İkinci yerdə İngiltərə Premyer Liqası (1128 bal), üçüncü pillədə isə Almaniya Bundesliqası (1056 bal) qərar tutub.